Qaydalar və şərtlər

Qaydalar və şərtlər

Qaydalar və şərtlər ilə buradan tanış olun

Cargom – Qaydalar və Şərtlər

Bu Qaydalar və Şərtlər Cargom platformasından (veb sayt, mobil tətbiq və əlaqəli xidmətlər) istifadə edən bütün istifadəçilər üçün keçərlidir. Platformadan istifadə etməklə siz bu qaydaları qəbul etmiş sayılırsınız.

1. Ümumi müddəalar

1.1. Cargom yükgöndərənlər və daşıyıcılar arasında əlaqə qurulmasını asanlaşdıran onlayn platformadır.

1.2. Cargom vasitəçi rolunu oynayır və istifadəçilər arasında bağlanan razılaşmaların tərəfi deyil.

1.3. Platforma yeni istifadəyə verildiyi üçün bəzi funksiyalar müvəqqəti olaraq tam işləməyə və ya dəyişdirilməyə bilər.

2. Qeydiyyat və hesab

2.1. Platformadan istifadə üçün düzgün və real məlumatlarla qeydiyyat tələb olunur.

2.2. İstifadəçi hesab məlumatlarının gizliliyinə görə özü məsuliyyət daşıyır.

2.3. Saxta, yanlış və ya başqasına aid məlumatlarla yaradılmış hesablar bloklana və ya silinə bilər.

3. Platformadan istifadə qaydaları

İstifadəçi:

Platformadan qanunvericiliyə uyğun istifadə etməlidir;

Yanıltıcı, qeyri-qanuni və etik olmayan məlumat paylaşmamalıdı;

Digər istifadəçilərin hüquqlarına və maraqlarına hörmət etməlidir;

Sistemin təhlükəsizliyinə zərər verə biləcək hərəkətlər etməməlidir.

4. Məlumatların düzgünlüyü

4.1. Platformada yerləşdirilən elan, məlumat və təkliflərin düzgünlüyünə görə məsuliyyət onları paylaşan istifadəçiyə aiddir.

4.2. Cargom məlumatların doğruluğunu yoxlamaq öhdəliyi daşımır.

5. Ödəniş şərtləri

5.1. Hazırda Cargom platformasında ödənişli xidmət mövcud deyil.

5.2. Gələcəkdə ödənişli xidmətlər tətbiq edilərsə, istifadəçilər bu barədə əvvəlcədən məlumatlandırılacaq.

6. Məsuliyyətin məhdudlaşdırılması

6.1. Cargom istifadəçilər arasında yaranan maddi, hüquqi və ya kommersiya mübahisələrinə görə məsuliyyət daşımır.

6.2. Texniki nasazlıqlar, sistemin müvəqqəti işləməməsi və ya məlumat itkisi hallarında Cargom məsuliyyət daşımaya bilər.

7. Hesabın dayandırılması və silinməsi

7.1. Qaydaların pozulması halında Cargom istifadəçi hesabını müvəqqəti və ya daimi olaraq məhdudlaşdıra bilər.

7.2. İstifadəçi istədiyi zaman hesabının silinməsini tələb edə bilər (qanuni istisnalar nəzərə alınmaqla).

8. Qaydaların dəyişdirilməsi

8.1. Cargom bu Qaydalar və Şərtləri istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.

8.2. Yenilənmiş qaydalar platformada dərc edildiyi tarixdən qüvvəyə minir.

9. Əlaqə

Qaydalar və Şərtlərlə bağlı suallarınız üçün Cargom dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz.