Məxfilik siyasəti ilə buradan tanış olun
Cargom – Məxfilik Siyasəti (Privacy Policy)
Bu Məxfilik Siyasəti Cargom platformasının (veb sayt, mobil tətbiq və əlaqəli xidmətlər) istifadəçilərindən toplanan məlumatların necə yığıldığını, istifadə edildiyini və qorunduğunu izah edir. Platformadan istifadə etməklə siz bu siyasəti qəbul etmiş olursunuz.
1. Toplanan məlmatlar
Cargom istifadə zamanı aşağıdakı məlumatları toplaya bilər:
Ad, soyad;
Telefon nömrəsi, e-poçt ünvanı;
Şirkət məlumatları (əgər tətbiq edilirsə);
Yük və daşınma ilə bağlı məlumatlar;
Sistem istifadəsi zamanı yaranan texniki məlumatlar (IP ünvanı, cihaz tipi, brauzer və s.).
2. Məlumatların toplanma məqsədi
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
İstifadəçi hesabının yaradılması və idarə olunması;
Platforma funksiyalarının təmin edilməsi;
İstifadəçi dəstəyi və bildirişlərin göndərilməsi;
Sistem təhlükəsizliyinin və xidmət keyfiyyətinin artırılması;
Hüquqi öhdəliklərin yerinə yetirilməsi.
3. Məlumatların saxlanması və qorunması
3.1. Cargom
istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün texniki və inzibati
tədbirlər görür.
3.2. Məlumatlar
icazəsiz giriş, itki və sui-istifadədən qorunur.
3.3. İstifadəçi məlumatları yalnız zəruri müddət ərzində saxlanılır.
4. Məlumatların üçüncü tərəflərlə paylaşılması
4.1. Cargom
istifadəçi məlumatlarını üçüncü şəxslərlə istifadəçinin razılığı olmadan
paylaşmır.
4.2. Yalnız aşağıdakı hallarda məlumat paylaşımı mümkündür:
Qanunvericiliyin tələbi ilə;
Məhkəmə və ya dövlət orqanlarının rəsmi sorğusu əsasında;
Platformanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə.
5. Cookies və oxşar texnologiyalar
Cargom istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies və oxşar texnologiyalardan istifadə edə bilər. İstifadəçi brauzer parametrləri vasitəsilə cookies istifadəsini məhdudlaşdıra bilər.
6. İstifadəçi hüquqları
İstifadəçi aşağıdakı hüquqlara malikdir:
Şəxsi məlumatlarına baxmaq və yeniləmək;
Yanlış məlumatların düzəldilməsini tələb etmək;
Hesabın silinməsini və məlumatların deaktiv edilməsini istəmək (qanuni məhdudiyyətlər istisna olmaqla).
7. Məsuliyyətin məhdudlaşdırılması
Cargom internet şəbəkəsindən asılı texniki risklər, üçüncü tərəf xidmətlərindən yaranan problemlərə görə məsuliyyət daşımaya bilər.
8. Məxfilik siyasətinə dəyişikliklər
8.1. Cargom bu Məxfilik
Siyasətini istənilən vaxt yeniləmək hüququnu özündə saxlayır.
8.2. Yenilənmiş versiya platformada dərc edildiyi tarixdən qüvvəyə minir.
9. Əlaqə
Məxfilik siyasəti
ilə bağlı sual və ya müraciətləriniz üçün Cargom dəstək xidməti ilə əlaqə
saxlaya bilərsiniz.