Cargom –
Qaydalar və Şərtlər
Bu Qaydalar və Şərtlər
Cargom platformasından (veb sayt, mobil tətbiq və əlaqəli xidmətlər) istifadə
edən bütün istifadəçilər üçün keçərlidir. Platformadan istifadə etməklə siz bu
qaydaları qəbul etmiş sayılırsınız.
1. Ümumi müddəalar
1.1. Cargom
yükgöndərənlər və daşıyıcılar arasında əlaqə qurulmasını asanlaşdıran onlayn
platformadır.
1.2. Cargom
vasitəçi rolunu oynayır və istifadəçilər arasında bağlanan razılaşmaların tərəfi
deyil.
1.3. Platforma
yeni istifadəyə verildiyi üçün bəzi funksiyalar müvəqqəti olaraq tam işləməyə və
ya dəyişdirilməyə bilər.
2. Qeydiyyat və
hesab
2.1.
Platformadan istifadə üçün düzgün və real məlumatlarla qeydiyyat tələb olunur.
2.2. İstifadəçi
hesab məlumatlarının gizliliyinə görə özü məsuliyyət daşıyır.
2.3. Saxta,
yanlış və ya başqasına aid məlumatlarla yaradılmış hesablar bloklana və ya
silinə bilər.
3. Platformadan
istifadə qaydaları
İstifadəçi:
Platformadan
qanunvericiliyə uyğun istifadə etməlidir;
Yanıltıcı,
qeyri-qanuni və etik olmayan məlumat paylaşmamalıdı;
Digər istifadəçilərin
hüquqlarına və maraqlarına hörmət etməlidir;
Sistemin təhlükəsizliyinə
zərər verə biləcək hərəkətlər etməməlidir.
4. Məlumatların
düzgünlüyü
4.1. Platformada
yerləşdirilən elan, məlumat və təkliflərin düzgünlüyünə görə məsuliyyət onları
paylaşan istifadəçiyə aiddir.
4.2. Cargom məlumatların
doğruluğunu yoxlamaq öhdəliyi daşımır.
5. Ödəniş şərtləri
5.1. Hazırda
Cargom platformasında ödənişli xidmət mövcud deyil.
5.2. Gələcəkdə
ödənişli xidmətlər tətbiq edilərsə, istifadəçilər bu barədə əvvəlcədən məlumatlandırılacaq.
6. Məsuliyyətin
məhdudlaşdırılması
6.1. Cargom
istifadəçilər arasında yaranan maddi, hüquqi və ya kommersiya mübahisələrinə
görə məsuliyyət daşımır.
6.2. Texniki
nasazlıqlar, sistemin müvəqqəti işləməməsi və ya məlumat itkisi hallarında
Cargom məsuliyyət daşımaya bilər.
7. Hesabın
dayandırılması və silinməsi
7.1. Qaydaların
pozulması halında Cargom istifadəçi hesabını müvəqqəti və ya daimi olaraq məhdudlaşdıra
bilər.
7.2. İstifadəçi
istədiyi zaman hesabının silinməsini tələb edə bilər (qanuni istisnalar nəzərə
alınmaqla).
8. Qaydaların dəyişdirilməsi
8.1. Cargom bu
Qaydalar və Şərtləri istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
8.2. Yenilənmiş
qaydalar platformada dərc edildiyi tarixdən qüvvəyə minir.
9. Əlaqə
Qaydalar və Şərtlərlə
bağlı suallarınız üçün Cargom dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz.